Litva Ukraynaya zenit silahları göndərib

Dünya

10.02.2023 - 21:34

cedabet dərman SEO Xidməti

Ukraynaya hərbi yardımların göndərilməsi davam edir

Litvanın Ukraynaya verəcəyi və İsveçin “Bofors” konserninin istehsalı olan “L-70” zenit silahları təyinat istiqaməti üzrə göndərilib.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Litvanın LRT radiosu məlumat yayıb.

Məlumata görə, silahlar Radviliskis rayonunda yük maşınlarının platformalarına yerləşdirilərək yola salınıb.

Kiyevdə səfərdə olan Litvanın müdafiə naziri Arvidas Anuşauskas qeyd edib ki, Vilnüs Kiyevə 36 zenit sistemi verir.

Litvalı təlimatçılar Ukrayna hərbçiləri üçün bu silahların döyüş meydanında istifadəsi və saxlanması üzrə kurslar da keçiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş