Lənkəranda yol qəzasında piyada ağır xəsarət alıb

Xəbərlər

01.04.2023 - 02:17

Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olaraq qalır

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Qumbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Qumbaşı kənd sakini, 1988-ci il təvəllüdlü İlkin Natiq oğlu Əzimov ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına qəbul olunub. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az