Lavrov: "Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir"

Dünya

18.05.2024 - 19:49

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya XİN: "Kiyevə bütün yeni silah növlərinin çatdırılmasına çağırırlar"

"Qərb ölkələrinin Rusiyanın sözdə dekolonizasiyası ilə bağlı fantaziyaları bitmir".

AYNA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının XXXII Assambleyasında deyib.

“Biz, əlbəttə, Qərbdəki beyin mərkəzlərinin nə etdiyini, bizə maksimum ziyan vurma ssenarilərini həyata keçirdiklərini müşahidə edirik. Onlar Kiyevə bütün yeni silah növlərinin çatdırılmasına çağırırlar. Rəsmi olaraq hökumət üzvləri səviyyəsində Rusiya ərazisinin hər hansı bir hissəsinə zərbələr endirməyə icazə verirlər”, - o bildirib.

S.Lavrov, həmçinin qeyd edib ki, müharibə xəttinin tərəfdarları hökumətlərindən hərbi-sənaye kompleksinə investisiyaları artırmağı, iqtisadiyyatı müharibə "relsinə" salmağı və Rusiyanın uydurma dekolonizasiyası haqqında fantaziya qurmağı tələb edirlər.

Müəllif: Ayna.az