Həkimlər siyasətçinin hərəkətinə qadağa qoyub
Keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyevanın səhhəti ilə bağlı son durumu açıqlanıb.
AYNA xəbər verir ki, bu barədə “Hörümçək” TV-yə siyasətçinin oğlu Sidqi Şövkət deyib.
Qeyd edib ki, Lalə Şövkət hərəkət qabiliyyətini itirməyib: “Lalə xanım infarkt keçirmişdi. İndi vəziyyəti yavaş-yavaş yaxşılaşır. Həkimlər onun çox hərəkət etməsinə qadağa qoyub. Çox şükür, nitq və hərəkət qabiliyyətini itirməyib”.