Laçında 100-dək ailənin məşğulluğuna dəstək işlərinə başlanılıb

Xəbərlər

09.08.2023 - 16:49

cedabet dərman SEO Xidməti

Ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi sahəsində ilkin söhbətlər aparılıb

Böyük Qayıdış proqramı üzrə Laçın şəhərinə köçürülən sakinlərin məşğulluq imkanlarının müəyyənləşdirilərək müvafiq dəstək göstərilməsi işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Laçına köçürülən daha 100-dək ailə ilə görüşüblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi sahəsində ilkin söhbətlər aparılıb.

Aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə onlara məlumatlar verilərək həmin proqramlar çərçivəsində onların məşğulluğuna dəstək işlərinə başlanıb.

Ümumilikdə Agentliyin nümayəndələri Laçına köçürülmüş ailələrdən artıq 150-dək ailə ilə görüşərək məşğulluq imkanlarının qiymətləndirməsini aparıb və nəticəsinə uyğun məşğulluq tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş