Hadisə rayonun Təklə kəndində qeydə alınıb
Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təklə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevi qatar vurub.
O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə dəmir yolu kənarında kişi meyitinin aşkarlanması ilə bağlı rəsmi açıqlama verilib. Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti dəmir yolu kənarında kişi meyiti aşkarlayıb.
Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.