66 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb
Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Şıxımlı kəndində baş verib. Kənd sakini, 1959-cu il təvəllüdlü Nizami Şəməddin oğlu Qarayev yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.