Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Xəbərlər

18.06.2024 - 20:46

Həkimlər Klinikalar SEO Xidməti

Sabah Bakıda, Abşeron yarımadasında və bəzi rayonlarda küləkli hava şəraiti gözlənilir

İyunun 19-da Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib. AYNA xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.

Qeyd olunub ki, sinoptiklərin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Neftçala, Salyan, Ordubad, Culfada sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Ayna.az