Qadınlar bu azərbaycanlının şəkilləri ilə yatıb-dururlar
İtaliyada, İspaniyada və Avropanın başqa ölkələrində bir sıra dələduzlar sosial şəbəkədə müxtəlif adlarla profillər açıb ortayaşlı, tənha və dul qadınlarla danışır, onları özünə aşiq edir və pullarını mənimsəyirlər. Bu dələduzların hamısı öz sosial şəbəkə profillərində azərbaycanlı iş adamı Rəvan Bəşirovun şəkillərindən istifadə edirlər. AYNA xəbər verir ki, İtaliyanın məşhur “Chi Lha Visto” verilişinin özünün bir buraxılışını bu hadisəyə həsr edib və sözgüdən azərbaycanlı Rəvan Bəşirov tərcüməçi-hüquqşünasla birlikdə verilişin qonağı olub.
Rəvan Bəşirovun şəkil və videolarından istifadə edərək “Guyane Sandro”, “Giroud Fernandez”, “Daniel Mara” və başqa saxta adlarla profillər açan avropalı dələduzlar, əsasən, ortyaşlı, dul, xəstə və tənha qadınları hədəfləyiblər. Bu hadisə bir qadının ölümünə belə səbəb olub.
“Chi Lha Visto” verilişinin hazırladığı süjetə görə, Katerina adlı italyan qadın eyni məzmunlu dələduzun tələsinə düşüb. Şəkər xəstəsi olan Katerina Rəvan Bəşirovun şəkilləri ilə Matell adlı profil işlədən şəxsə aldanıb. Görünüşdə Rəvan Bəşirova aşiq olan diabet xəstəsi qadın bankdan 11 min avro kredit götürərək onun aldadan şəxsə göndərib. Daha sonra həqiqəti öyrənən Katerina sevgi boşluğunu doldurmaq üçün hər gün çoxlu şirniyyat yeməyə başlayıb və sonda vəfat edib.
AYNA sözügedən verilişin həmin buraxılışını təqdim edir: