“Qırğızıstanın KTMT-nin digər üzvləri ilə heç bir ziddiyyəti yoxdur”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanda keçirilməsi planlaşdırılan "Sarsılmaz Qardaşlıq - 2022" təlimləri təxirə salınıb. AYNA-nın xəbərinə görə, bu barədə Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmankulov deyib.
İmankulov bildirib ki, təlim başqa tarixə təxirə salınıb: “Təlimlər ləğv olunandan sonra sosial şəbəkələrdə yazırlar ki, bununla biz KTMT-ni rədd edirik. Amma elə deyil, bizə KTMT çox lazımdır”, - deyə Qırğızıstan rəsmisi qeyd edib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzi qüvvələr Qırğızıstanı təşkilat üzvlərinə qarşı qoymağa çalışır: “Bu, yanlışdır. Qırğızıstanın KTMT-nin digər üzvləri ilə heç bir ziddiyyəti yoxdur”.