Avanqard bölmələr artıq Qazaxıstan ərazisində xidmət göstərməyə başlayıblar
Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Hərbi-Nəqliyyat Aviasiyasının təyyarələri vasitəsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Rusiyadan olan heyəti Qazaxıstana göndərilir.
Bu barədə AYNA "RİA Novosti"yə istindən xəbər verir.
KTMT-nın Baş katibliyinin məlumatında bildirib ki, qurumun avanqard bölmələri artıq Qazaxıstan ərazisində xidmət göstərməyə başlayıblar.
Qeyd edək ki, yanvarın 5-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.