Peskov: “İrəliləyiş var, lakin tərəfləri hələ də çətin danışıqlar gözləyir”
“Ukraynada münaqişənin həllində artıq müəyyən irəliləyiş var. Lakin tərəfləri hələ də çətin danışıqlar gözləyir”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
"Biz hesab edirik ki, müəyyən irəliləyişləri artıq qeyd etmək olar. Amma əlbəttə ki, qarşıda hələ çox çətin müzakirələr var", - Kreml sözçüsü qeyd edib.
Kreml rəsmisi nailiyyətləri enerji infrastrukturu obyektlərinə hücumlara müvəqqəti moratoriumla əlaqələndirib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukraynanı barışdırmaq cəhdlərindən imtinanın şərtini açıqlamışdı. Rubio deyib ki, Birləşmiş Ştatlar indi "döyüşlərə son qoyulmasının mümkün olub-olmadığına qərar verməli olduğumuz bir nöqtədədir".