Kosta-Rikada qasırğa səbəbindən 3 mindən çox insan təxliyə edilib

Dünya

03.07.2022 - 07:42

Bəzi ərazilərdə yağıntının miqdarı 220 mm-ə çatıb

"Bonni" tropik qasırğası səbəbindən Kosta-Rikada 3500-dən çox insan təhlükəli ərazilərdən təxliyə edilib.

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Twitter"də Respublikanın fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə komissiya məlumat yayıb.

 

“3536 nəfər 54 sığınacaqdadır və burada ehtiyacları olan hər şeyi alıb”, - deyə hesabatda deyilir.

Karib dənizi üzərində hərəkət edən tufan şənbə günü gecə Kosta-Rika ərazisi üzərindən keçib.

Bəzi ərazilərdə yağıntının miqdarı 220 mm-ə çatıb. Əhali arasında ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Müəllif: Ayna.az