Kortəbii təsərrüfatçılıq: Fermerlər qarşını görmür, dövlət də onların müşkülünü

İqtisadiyyat

29.05.2020 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə kənd təsərrüfatı məhsullarının saxlanması üçün şərait yoxdur, əkin-biçin isə sistemsiz şəkildə həyata keçirilir

 

Keçən yaz Azərbaycanda soğanın və kartofun İrandan ixracına qoyulan qadağa səbəbindən həmin məhsulların qiymətində bahalaşma müşahidə olundu. O vaxt soğanın ucuz qiymətini nəzərə alan fermerlər əvvəlkindən daha az becərdiklərinə görə, sonradan bu məhsulda qıtlıq yarandı və qiyməti qalxdı.

 

Bu il yerli soğanın daxili tələbat üçün yetərli olacağı proqnozlaşdırılır. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, artıq Bərdə rayonunda soğan yığımına başlanılıb: “Məhsul yaxşıdır. İndi yerlərdə bir kiloqram soğan 0,23 manata başa gəlir, bazar qiymətləri isə 0,35-0,40 manat arasında dəyişir. Yaxın günlərdə Ağdam və Beyləqan rayonlarında da soğan yığımına başlanacaq. Bu il Azərbaycan, təxminən 10 ölkəyə, xüsusən də Ukrayna, Rusiya, Belarus, Polşa, Türkiyə və ərəb ölkələrinə soğan ixrac edəcək”.

 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov AYNA-ya şərhində deyib ki, Azərbaycan özünü kartofla 60% həcmində təmin edir: “Soğan isə, müvafiq saxlama ilə kifayət qədər olacaq. Ancaq erkən tərəvəzlərdən danışırıqsa, onları saxlamaq çətindir. Uyğun şərtlər yaradılarsa, eyni erkən soğan üç ay saxlanılacaq”.

Elya Belskaya