Elman Rüstəmov bağlanan banklardan danışıb
"Bu gün təxminən onminlərlə insanın öz əmanətlərinə çıxış imkanları yoxdur. Faktiki olaraq həmin insanların o banklarda əmanətləri yoxdur".
AYNA xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-yə açıqlamasında bildirib.
Bankların bağlanmasını şərh edən baş bankirin sözlərinə görə, əmanətlər banklar tərəfindən itirilib:
"Təbii ki, bunu bərpa etmək lazımdır. Əhalinin burada günahı yoxdur. Bu, bütövlükdə 680 milyondan yuxarı vəsaitdir. Biz bu məbləği diriltməklə kreditləşmə potensialı yaradacağıq".