Manatın taleyini 2 amil müəyyənləşdirəcək

İqtisadiyyat

16.09.2019 - 11:19

Həkimlər Klinikalar SEO Xidməti

Maliyyə Nazirliyi Dövlət Neft Fondundan transferlərin artırılmasına deyil, azaldılmasına çalışmalı idi

 

Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsininin xülasəsini ictimaiyyətə təqdim edib. Sənədə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Bu, 2019-cu il ilə müqayisədə hər bareldə 5 dollar az olsa da, neft bazarındakı volatilliyi nəzərə alsaq, qiymətin daha aşağı götürülməsi məqsədəuyğun idi.

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) neftin büdcədəki qiymətini 50 dollar təklif edirdi. Hətta Səudiyyə Ərəbistandakı neft quyularına hücumdan sonra bu gün neftin qiymətində müşahidə edilən 20 faizlik artım da bazarda nikbinlik yaratmır. Aydındır ki, belə qiymət artımları texniki səbəblərlə bağlıdır və bazardakı kəskin volatilliyi azaltmır.

Vüqar Bayramov, deputat, iqtisadçı-ekspert