İlham Şaban: “Neftin qiyməti yenidən ucuzlaşaraq 35 dollara düşə bilər”
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 40,32 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,19 dollar bahalaşaraq 37,60 dollar təşkil edib.
Neft Araşdırmalar Mərkəzinin (NAM) rəhbəri İlham Şaban AYNA-ya şərhində deyib ki, neftin qiymətinin artımı “qızışdırıcı” faktorlarla əlaqədardır: “Belə ki, OPEC+ prosesi iyunun 9-10-na planlaşdırsa da, vaxtından əvvəl həyata keçirdi ki, burada da Rusiyanın və Səudiyyə Ərəbistanının təşəbbüsləri rol oynadı. Onlar may ayındakı kvotanı iyun ayında da davam etdirmək istəyirlər, sadəcə bilinmir ki, bu, bir ay olacaq, yaxud sentyabra qədər uzanacaq”.
Mərahim Nəsib