Deputatdan bütün azərbaycanlılara çağırış: <font color=red> “O məhsulları almayın”</font>

İqtisadiyyat

04.11.2020 - 21:21

Həkimlər Klinikalar SEO Xidməti

Rüfət Quliyev: “Boykotu yalnız Azərbaycanda edəcəyiksə, effekti az olacaq, prosesə bütün dünyadakı soydaşlarımız qoşulmalıdır”

 

Azərbaycanın apardığı Vətən müharibəsi vətəndaşlarımızı əvvəlkindən daha diqqətli və həssas edib. Bu həssaslığın mənbəyində də Azərbaycanın ərazi bütövlüyü və bu bütövlük uğrunda canından-qanından keçən Azərbaycan əsgərinin əzmkar mübarizəsi dayanır. Ona görə də indiki məqamda Azərbaycanın haqq mübarizəsinə biganə yanaşan, diqqət göstərməyən və qeyri-ciddi münasibət sərgiləyənlər kəskin reaksiyaya və qəzəbə tuş gəlirlər.

 

Bu sırada, ölkəmizdə fəaliyyət göstərən bəzi transmilli şirkətlərin Azərbaycanın haqq davasına xoşagəlməz yanaşmaları da ciddi qınağa səbəb oldu. Belə ki, “fast-food” (ayaqüstü yemək) şəbəkəsi kimi fəaliyyət göstərən “McDonalds”, “KingBurger” və “Papa Johns” şirkətləri ilk başda Azərbaycana dəstək göstərsə də, sonradan erməni lobbisinin təzyiqləri nəticəsində bu dəstəkdən imtina etdi. Bu isə Azərbaycanda geniş etirazlar doğurdu və həmin şirkətləri boykot çağırışları ortaya çıxdı.

 

Məsələn, “McDonalds” şirkəti, müharibə yeni başlayanda, “Bayrağımız Azərbaycanın bütün doğma torpaqları üzərində dalğalansın”, “Doğma bayrağımızın hər zaman Azərbaycanın yüksəkliklərində dalğalanmasını arzu edirik”, “Vətənin hər qarışı doğmadır və bölünməzdir” şüarları ilə Azərbaycan Ordusuna dəstək nümayiş etdirdi. Lakin sonradan erməni lobbisinin təzyiqləri nəticəsində bu dəstəkdən imtina etdi paylaşımları sildi. Səbəb isə gülünc idi: “Məqsədimiz insanları yalnız qida ilə təmin etməkdir”.

 

Baş verənləri AYNA-ya şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru Rüfət Quliyev də boykot qərarının tərəfdarı olduğunu deyib: “Lakin biz bu boykotu yalnız Azərbaycanda edəcəyiksə, bu, bir o qədər də məna kəsb etməyəcək. Yox, bunu dünyada yaşayan bütün azərbaycanlılara təlqin edə biləcəyiksə, effekti də çox yaxşı olacaq. Ona görə də boykot şüarlarını sosial şəbəkələrdə paylaşmaq, insanları məlumatlandırmaq və hər kəsi şirkətlərin məhsullarından imtina etməyə çağırmaq lazımdır. Düzdür, belə məqamlarda böyük şirkətlər etik qaydaları nəzərə alaraq siyasətə müdaxilə etmir. Amma bu siyasəti ilk olaraq informasiya məkanında başladan ermənilər olduğu üçün, təbii ki, biz də cavab verməli və sona qədər mübarizə aparmalıyıq. Lakin dediyim kimi, bunun əhəmiyyəti onda olacaq ki, bu təbliğatı ən azı milyonlarla insana çatdırmalı və dəstəklərini qazanmalıyıq”.

Rüfət Quliyev: Ukraynada prezident seçkilərində seçici fəallığı müşahidə  olunur - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Maraqlı bir məlumat da var ki, İsveçin dünya şöhrətli saat istehsal edən şirkəti “Frenk Müller” qızıl materiallarını Azərbaycanın işğal altında olan ərazilərindən əldə edirmiş. Hətta, bunun üçün Qarabağda yerləşən qızıl mədənlərimizə sərmayə də yatırıblarmış. Bunun üçün də layihə hazırlayıb, çıxış etmək lazımdır. Çünki nəzərə almaq lazımdır ki, bu saatları istər Azərbaycanda, istrəsə də Azərbaycandan kənarda alanlar imkanlı şəxslərdir. Biz bu şirkətin qeyri-qanuni fəaliyyət göstərdiyini azərbaycanlılar və bizi dəstəkləyənlər arasında təbliğ etməliyik ki, bu məhsulları almasınlar. Bu, həmin şirkətə ən azından mənəvi zərbə olacaq. Hətta, bildiyim qədəri ilə həmin mədənlərdə fəhlə kimi işləyən və istismar edilənlər də bizim əsirlər olub. Bunu işıqlandırmaq digər şirkələrə də dərs olacaq ki, Azərbaycan ərazilərində Azərbaycan hökumətindən icazəsiz heç bir qeyri-qanuni addım atmaq olmaz. Çünki belə şirkətlər üçün mənəvi ziyan, adətən maddi ziyandan daha təsirli olur”, - deputat bildirib.

 

“Ona görə də bu kimi şirkətlərə təsir edə bilmək üçün sona qədər mübarizə aparmalıyıq. Olardan niyə geri çəkildiklərini, kimlərdən qorxduqlarını soruşmaq lazımdır. Əgər, bütün dünyada sayları cəmi 12 milyona yaxın olan ermənilərdən qorxublarsa, bəs, sayları onlardan dəfələrlə çox olan türklərdən niyə qorxmayıblar? Bax, maraqlısı da budur”, - Quliyev vurğulayıb.

 

İqtisadçı-ekspert Azər Mehtiyev də AYNA-ya açıqlamasında qeyd edib ki, belə məqamlarda təsir vasitəsi kimi iqtisadi boykotdan istifadə etmək əlverişlidir: “Yəni, şirkətlər həqiqəti öyrənmək əvəzinə, bitərəfli mövqe bildirirsə, bu zaman onlara qarşı bu cür boykot tədbirlərinin təşkili anlaşılandır. Çünki iqtisadi təsir də insanların əlində müəyyən qədər güc vasitəsidir. Bu baxmdan bu cür vasitələrdən istifadə etmək normaldır. Ancaq məsələnin digər tərəfinə də baxmaq lazımdır. Düzdür, boykot qərarlarının nəticələri həmin şirkətlərə təsir göstərir. Yəni, onların gəlirləri azalır, rəqibləri üçün üstünlük yaranır və s. Əslində, bu cür məsələlərdə ya bitərfəli mövqe tutmalısan, ya da obyektivliyi təmin etmək üçün araşdırma apamalısan. Əksər hallarda bu da mümkün olmur. Çünki obyektiv qərar veriləndə də, tərəflərdən birinə qarşı bu cür tədbirlər qaçlımaz olur. Bu baxımdan da şirkətlərin tərəfsiz qalması, daha məqsədəuyğundur”.

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin ...

“Başqa bir məsələ isə bu cür şirkətlərlə bizim bu günə qədər əməkdaşlıq etməməyimizdir. Fakt odur ki, biz vaxtında beynəlxalq, transmilli şirkətlərə Qarabağ problemi haqqında məlumat versəydik, həqiqətləri çatdırmağa nail olsaydıq, nəticələr indi daha fərqli olardı. Xüsusən də bu cür məlumatlandırma əvvəldən təmin olunsaydı və təmin olunandan sonra şirkətlər yenə də bu cür obyektiv olmayan qərarlar versəydi, onda nəinki onların fəaliyyəti boykot olunmalı idi, hətta əlaqələr kəsilməli idi”, - ekspert söyləyib.

 

O, bu cür məsələlərdə siyasi təsir vasitələrinin də mühüm rol oynadığını düşünür: “Belə ki, bizim həmin şirkətləri məlumatlandırmağımız, dolayısı ilə beynəlxalq gücləri məlumatlandırmaq demək idi. Bu məlumatlandırma da son nəticədə Azərbaycanın haqlı mövqeyinin daha geniş yayılmasına xidmət edəcəkdi. Təəssüf ki, bu barədə düşünməmişik və fakt qarşısında qalmışıq. Ancaq heç kəs iqtisadiyyatın siyasətdən kənar olduğunu deyə bilməz. Ona görə də həmin şirkətlərə qarşı boykot qərarlarının verilməsi doğrudur və göründüyü kimi, nəticəsi də var”.

 

Mehtiyev hesab edir ki, belə məqamlarda boykot fəaliyyəti məhdudlaşdırmaqdan daha optimal variantdır: “Çünki əhali məhsulları almaqdan kütləvi imtina edir. Bu cür mesajlar hökumətə də imkan verir ki, həmin şirkətlərə rəsmi olaraq etiraz bildirsin və ya onların səhvlərini düzəltməsi üçün zaman versin. Onların da yanaşmalarında mövqe dəyişikliyi olmazsa, fəaliyyətlərinin qadağan olunması mümkündür. Təbii ki, bunun mənfi nəticələri də ola bilər və buna hazırlaşmalıyıq. Çünki həmin şirkətlər beynəlxalq imkanlara malik olduğundan onların geniş təbliğat imkanları mövcuddur. Amma bizim də borcumuz, hətta bu cür vəziyyətdə belə, həmin şirklətlərin rəhbərliyinə daha doğru-düzgün məlumat çatdırmaq və onların mövqelərinin dəyişməsinə nail olmaqdır. Bu, həm də Qarabağ haqqında daha dəqiq məlumatların daha geniş çatdırılmasına gəritib çıxara bilər”.

Müəllif: Mərahim Nəsib