Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

İqtisadiyyat

30.10.2020 - 23:57

Milli Məclisinin Sədri "Twitter" hesabında  İzmirdəki zəlzələ ilə bağlı paylaşım edib

 

"Bu gün İzmir şəhərində baş verən zəlzələ ilə əlaqədar olaraq həmkarım TBMM Sədri cənab Mustafa Şentopa zəng etdim, başsağlığı və keçmiş olsun diləklərimi çatdırdım".

 

AYNA  xəbər verir ki, bunu Milli Məclisinin Sədri Sahibə Qafarova öz tvitter hesabında  İzmir vilayətində baş verən zəlzələ ilə bağlı türkiyəli həmkarına başsağlığı verərkən deyib.

 

"Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir", - deyə spiker qeyd edib.

Müəllif: Ayna.az