Koronavirusa qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

01.02.2023 - 17:22

Azərbaycanda son sutkada 281 nəfər COVID-19 əleyhinə peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 281 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 88, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 81, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 19 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 942 856, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 406, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 112, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 057, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 281 nəfər təşkil edir.

Müəllif: Ayna.az