Koronavirus əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

02.11.2022 - 17:21

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 491 nəfər COVID-19-a qarşı peyvənd vurdurub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 491 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 84, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 278, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 50 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 912 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 236, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 664, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 387 188, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 097 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş