Koronavirus əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

01.05.2022 - 18:29

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada COVID-19 əleyhinə 3 928 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 928 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 283, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 380, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 962, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 303 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 653 669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5340 336, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 600, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 351, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 240 382 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş