Konqo Demokratik Respublikasının (DRC) paytaxtı Kinşasada son iki gündə daşqına və torpaq sürüşməsinə səbəb olan güclü yağışların təsiri səbəbindən azı 30 nəfər ölüb.
AYNA.AZ “Agence France-Presse”yə istinadən xəbər verir ki, bu barədə Kinşasa əyalətinin Səhiyyə Departamentinin rəhbəri Patrisian Qonqo Abakazi bildirib.
"30 ölüm qeydə alınıb", - o deyib. "Yaralananların və zərərçəkənlərin sayı xeylidir", - Patrisian Qonqo Abakazi deyib.
Qeyd edək ki, daha əvvəl 10 nəfərin öldüyü bildirilirdi. Aprelin 5-nə keçən gecə Kinşasaya yağan leysan Cili çayında suyun artmasına, bir sıra paytaxt məhəllələrini su basmasına səbəb olub. Bəzi ərazilərdə torpaq sürüşmələri binaların dağılmasına səbəb olub. Şəhərin infrastrukturuna ciddi ziyan dəyib.