Kömək istəyən Qarabağ ermənisinə yardım edilib - VİDEO

Xəbərlər

08.01.2023 - 19:03

cedabet dərman SEO Xidməti

Ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib

Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.

AYNA xəbər verir ki, Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb. Bu gün Şuşada - Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndiyə yola salınıb. Həmin anlar AzTV-nin kadrlarında əks olunub.

Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirir. Digər tərəfdən, erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığını, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş