İclasda KTMT-yə üzv ölkələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi və bir sıra digər məsələlər müzakirə ediləcək
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin iclası olacaq. AYNA xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
İclasda KTMT-yə üzv ölkələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi, Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyət və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, təşkilata Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Rusiya və Tacikistan daxildir.