Kolleclərə sənəd verənlərin sayı artıb

Xəbərlər

17.03.2023 - 12:32

“Bu il 107 min 188 abituriyent kolleclərə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib”

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım var. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM rəhbərinin sözlərinə görə, bu il 107 min 188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib. Ötən il bu rəqəm 99 min 538 nəfər olub: “83 min 717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında kolleclərə qəbul olmaq istədiklərini qeyd edib”.

“Bu il ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84 min 159 nəfər cari ilin, 23 min 029 nəfər isə əvvəlki illərin məzunlarıdır. 98 min 119 nəfər Azərbaycan bölməsi, 9069 nəfər isə rus bölməsi üzrə sənəd verib”, - deyə Abbaszadə əlavə edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə