Köçəryan həbs olundu

Dünya

25.09.2023 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanın sabiq ölkə başçısının oğlunin məhkəmə iclası 9 saata yaxın davam edib

Ermənistanın sabiq Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan bir ay müddətinə həbs edilib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə onun vəkili Aleksandr Koçubayev sosial şəbəkədə yazıb.

Bildirib ki, Köçəryan barəsində həbs qətimkan tədbiri ilə bağlı məsələyə baxılan məhkəmə iclası 9 saata yaxın davam edib.

Qeyd edək ki, L.Köçəryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. Daha sonra o, polis əməkdaşları tərəfindən döyülüb, sonra xəstəxanaya yerləşdirilib. Sonradan Köçəryanın 4 polisi döyməkdə şübhəli bilinərək saxlanıldığı məlum olub.

Eyni zamanda, Köçəryana işgəncə verilməsi ilə bağlı cinayət işi açılıb. Sentyabrın 24-ü səhər müdafiə tərəfi hakimi qərəzli adlandıraraq, L.Köçəryanın saxlanması ilə bağlı şikayəti geri götürdüyünü açıqlayıb.

Müəllif: Ayna.az