Kiyevin 70 faizi işıqsız qalıb

Dünya

24.11.2022 - 14:38

Kliçko: “Artıq şəhərin sol sahilində su xətlərini təmir etmişik, sağ sahildə isə...”

“Kiyevin 70 faizində elektrik enerjisi kəsilib, paytaxt işıqsız qalıb”. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko özünün “Telegram” kanalında yazıb.

“Energetiklər və mütəxəssisləri paytaxtın kommunal təminatını bərpa etmək üçün gecə ərzində çalışıblar. Artıq şəhərin sol sahilində su xətlərini təmir etmişik, sağ sahildə isə təchizatın günün birinci yarısında bərpa olunacağı planlaşdırılır. Lakin Kiyevin 70 faizi hələ də işıqsız qalıb”, - deyə Kliçko vurğulayıb.

Qeyd edək ki, Rusiya ordusunun Ukraynanın infrastruktur obyektlərinə endirdiyi raket zərbələri ölkənin bir çox regionunun, o cümlədən Kiyevin elektrik və su təminatında ciddi problemlərə səbəb olur.

Müəllif: Ayna.az