Kiyevdə komendant saatı azaldılır

Dünya

13.05.2022 - 15:17

Mayın 15-dən komendant saatı bir saat gec başlayacaq 

Mayın 15-dən Kiyev şəhərində və vilayətində komendant saatı azaldılacaq. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib.

"Bazar günündən etibarən, mayın 15-dən komendant saatı bir saat gec başlayacaq və səhər saat 5:00-a qədər davam edəcək", - deyə Kliçko bildirib.

Kliçko qeyd edib ki, mayın 16-dan Kiyevdə ictimai nəqliyyat daha uzun müddətə işləyəcək: "Metro 06:00-dan 22:00-a kimi, yerüstü ictimai nəqliyyat isə 06:00-dan 22:30-a qədər işləyəcək".

Qeyd edək ki, hazırda Kiyev şəhəri və vilayətində komendant saatı 22:00-05:00 radələrindədir.

Müəllif: Ayna.az