Kiyev meri: “Ukrayna sülh üçün ərazilərindən imtina edə bilər”

Dünya

25.04.2025 - 12:41

Həkimlər Klinikalar SEO Xidməti

Vitali Kliçko: “Sülh, müvəqqəti sülh üçün bəlkə də bu, həll yolu ola bilər"

“Sülh naminə Ukrayna bəzi ərazilərindən imtina edə bilər. Baxmayaraq ki, bu ssenari ukraynalılar tərəfindən dəstəklənməyəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri Kiyev meri Vitali Kliçko BBC-yə müsahibəsində deyib.

"Ssenarilərdən biri ərazinin güzəştə gedilməsidir. Bu ədalətli deyil. Amma sülh, müvəqqəti sülh üçün bəlkə də bu, həll yolu ola bilər", - mer deyib.

Kliçko əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski xarici qüvvələr tərəfindən ağrılı güzəştlərə getməyə məcbur edilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş