Kipr sahilində zəlzələ olub

Dünya

17.11.2024 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

Tələfat və dağıntı barədə məlumat verilməyib

Kipr Respublikasının sahilində 4 maqnitudalı zəlzələ olub.

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Aralıq dənizinin şərqində qeydə alınmış yeraltı təkanların episentri Türkiyənin Mərsin şəhərinin Anamur rayonundan 186 km cənubda yerləşib. Təbii hadisənin ocağı 4 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, daha əvvəl Xəzər dənizində zəlzələ qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş