Tramp: "Mənim həmişə bir seçimim olub - Xarq adasını götürmək”

Dünya

12.06.2026 - 09:11

“Mən quru əməliyyatı keçirmək istəmirəm, əgər belə etsəydim, kiçik bir əsgər qüvvəsi göndərib hər şeyi ələ keçirə bilərdik”

ABŞ Prezidenti Donald Tramp administrasiyasının üzvləri ona İranın Xarq adasını ələ keçirmək əməliyyatının Amerika qoşunlarına ciddi itkilər bahasına başa gələcəyi barədə xəbərdarlıq ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

"Rəsmilər Trampa belə bir əməliyyatın çox güman ki, əhəmiyyətli piyada qüvvələri tələb edəcəyini və potensial olaraq ağır itkilərlə nəticələnə biləcəyini çatdırıblar", - deyə mənbə qeyd edib.

Kanalın mənbələrinə görə, bu qiymətləndirmələri nəzərə alaraq, Pentaqon və Ağ Ev belə bir əməliyyatı "müharibədə güc balansını dəyişdirə biləcək, lakin ağır itkilər bahasına başa gələn ifrat bir tədbir" kimi qiymətləndirirlər.

Tramp əvvəllər bildirmişdi ki, "çox da uzaq olmayan gələcəkdə Xarq adasını və digər neft infrastrukturunu ələ keçirəcəyik". Daha sonra o Amerika vətəndaşlarının belə bir inkişafı istəməyəcəklərini bildirib.

"Mənim həmişə bir seçimim olub - Xarq adasını götürmək. Bu, mənim seçimimdir. Amma amerikalıların bu cür inkişafı istəyib-istəmədiklərini bilmirəm", - deyə Tramp “Fox News”a verdiyi müsahibədə bildirib.

ABŞ Prezidenti hesab edir ki, Vaşinqtonun baş qərargah rəisi "Sabah ora girə bilərik", - deyib: "Xarq adasını götürə bilərik. Mən quru əməliyyatı keçirmək istəmirəm, əgər belə etsəydim, kiçik bir əsgər qüvvəsi göndərib hər şeyi ələ keçirə bilərdik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş