“Kəpəz” "Şamaxı" ilə yoxlama oyunu keçirəcək

İdman

18.07.2022 - 06:24

Həkimlər Klinikalar SEO Xidməti

İyulun 20-də "Dalğa Arena"da oynanılacaq matç saat 18:00-da başlayacaq

Bakıda təlim-məşq toplanışını davam etdirən Gəncənin "Kəpəz" futbol klubu daha bir yoxlama oyunu keçirəcək.

AYNA klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi "Şamaxı" ilə qarşılaşacaq. İyulun 20-də "Dalğa Arena"da oynanılacaq matç saat 18:00-da başlayacaq.

"Kəpəz" daha əvvəl "Sumqayıt" və "Səbail" ilə yoxlama oyunu keçirib. Komanda "Səbail"ə 1:3, "Sumqayıt"a isə 2:3 hesabı ilə uduzub.

Xatırladaq ki, "Kəpəz" yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş