Sol Kempbell İngiltərə klubundan istefaya göndərilib

İdman

01.07.2020 - 03:56

Əksər fanatlar Kempbellin qaradərili olduğu üçün istefaya göndərildiyini iddia edib 

 

"Arsenal"ın əfsanəvi futbolçusu Sol Kempbell İngiltərənin "Sautend Yunayted" klubunun baş məşqçisi postundan uzaqlaşdırılıb.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, 46 yaşlı mütəxəssis uğursuz çıxış səbəbindən istefaya göndərilib.

 

Rəhbərliyin bu addımı azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Əksər fanatlar Kempbellin qaradərili olduğu üçün istefaya göndərildiyini iddia edib və klubu irqçilikdə günahlandırıb.

 

Qeyd edək ki, "Sautend Yunahyted" birinci liqada 22-ci yeri tutaraq aşağı diviziona yuvarlanıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə