III təsnifat mərhələsinə sabah keçiriləcək 5 oyunla yekun vurulacaq
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
AYNA-nın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
Günün ilk matçında Ukraynanın "Dinamo" klubu Kiyevdə Niderland AZ-sini qəbul edəcək. Növbəti görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. II raundda Türkiyənin "Beşiktaş" komandasını mübarizədən kənarlaşdıran PAOK doğma meydanda Portuqaliya təmsilçisi "Benfika" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Günün son oyununda isə Belçikanın "Gent" və Avstriyanın "Rapid" (Vyana) klubları üz-üzə gələcəklər.
15 sentyabr
Çempionlar Liqası
III təsnifat mərhələsi
21:00. "Dinamo" (Kiyev, Ukrayna) - AZ (Niderland)
22:00. PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya)
22:30. "Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya)
Qeyd edək ki, III təsnifat mərhələsinə sabah keçiriləcək 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.