Şəhidimiz Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu ilə vida mərasimi keçirilib.
AYNA-nın xəbərinə görə, şəhidlə vida mərasimi onun doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində yaşadığı evdə baş tutub.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidimiz Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!