Partlayışın qaz sızmasından baş verdiyi bildirilir
Kanadanın Vankuver adasında "Comox" hərbi bazasında partlayış baş verib.
AYNA xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb.
Hadisə nəticəsində azı iki nəfər yaralanıb.
İlkin ehtimala görə, qaz sızmasından yaranan partlayışdan bazanın əsas binası çöküb.
Hadisə yerində təcili yardım maşınları və yanğınsöndürənlər işləyir. Digər təfərrüatlar hələlik açıqlanmayıb.