Baş nazir: "Rusiya diplomatlarını Kanadadan göndərsək, bu, Moskvadakı diplomatlarımız üçün risklərə səbəb olacaq"
"Kanada hakimiyyəti rus diplomatlarını ölkədən çıxarmaq fikrində deyil. Çünki bu, bizim maraqlarımıza ziddir". AYNA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri ölkənin Baş naziri Castin Trüdo deyib.
Baş nazir həmçinin Rusiyada yaşayan kanadalılara dəstək olacağına və Moskva ilə əlaqələri davam etdirəcəklərini söyləyib.
“Biz çox diqqətli olmalıyıq. Digər ölkələrin və müttəfiqlərimizin etdiyi kimi, Rusiya diplomatlarını Kanadadan göndərsək, bu, Moskvadakı diplomatlarımız üçün risklərə səbəb olacaq”, - deyə Trüdo vurğulayıb.
Qeyd edək ki, Rusiya diplomatları bundan əvvəl Avstriya, Fransa, Almaniya, İsveç, İtaliya və digər Avropa ölkələrindən qovulublar. Kremlin sözçüsü Dmitri Peskov etiraf edib ki, Moskvanın Qərb ölkələri ilə diplomatik münasibətləri kəsilə bilər.