Kahramanmaraşda 4,5 bal gücündə zəlzələ olub

Dünya

25.03.2023 - 09:29

Dağıntı və təlafat barədə məlumat verilməyib

Türkiyənin Kahramanmaraş vilayətinin Ekinözü rayonunda zəlzələ baş verib.

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması üzrə Agentlik (AFAD) məlumat yayıb.

Yeraltı təkanların gücü 4,5 bal olub.

Zəlzələ yerli vaxtla saat 07:39-da yerin 7 kilometr dərinlityində qeydə alınıb.

Müəllif: Ayna.az