Ramzan Kadırov: “Hər bir döyüşçü müasir silah, sursat və texnika ilə təmin olunub”
Çeçenistan rəhbəri Ramzan Kadırov respublika hərbçilərinin döyüşlərə hazırlığını əks etdirən videoçarx nümayiş etdirib. AYNA xəıbər verir ki, video bazar günü, yanvarın 15-də onun rəsmi “Telegram” kanalında yayımlanıb.
Çeçen dilində musiqi və sözlərin müşayiəti ilə çəkilmiş kadrlarda cərgəyə düzülmüş yerli bölmələrin əsgərlərinin hərbi tapşırıqları yerinə yetirmək üçün lazımi göstərişlər aldığı görünür.
Videoda hərbi maşınlar və hərbi hissələrin komandirləri də göstərilir.
Kadırovun sözlərinə görə, hər bir döyüşçü müasir silah, sursat və texnika ilə təmin olunub.
“Ukraynanın təxribat və kəşfiyyat qrupları üçün bizim xüsusi təyinatlı hərbçilərimizin qaçmaqdan daha dəhşətli bir şey yoxdur. Bunu çeçen döyüşçülərinin əlinə keçən əsir düşmüş kəşfiyyatçıların çoxsaylı ifadələri də təsdiqləyir”, - deyə Ramzan Kadırov bildirib.
Qeyd edək ki, yanvarın 14-də çeçen “İmam” qruplaşmasının iki həftədən sonra “xüsusi əməliyyat” zonasına yola düşəcəyi bildirilib.