Jurnalistlər üçün tikilmiş üçüncü binanın taleyinə aydınlıq gəldi

Xəbərlər

25.08.2023 - 16:30

cedabet dərman SEO Xidməti

Bina şəhid ailələri və müharibə əlillərinə verilib

Jurnalistlər üçün inşa edilmiş üçüncü bina ilə bağlı rəsmi açıqlama verilib. AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov açıqlama verib.

“Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub”, - deyə FTalıbov bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş