İraq və Suriyadan sonra ən təhlükəli ölkə Əfqanıstandır
Jurnalistlər üçün ən təhlükəli ölkə İraq və Suriyadan sonra Əfqanıstandır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə “Sərhədsiz reportyorlar”ın hesabatında qeyd edilib.
Vurğulanıb ki, bu ölkədə jurnalistlərin zorakılıqla qarşılaşması və qətlə yetirilməsi adi hal alıb.
Bildirilib ki, son 20 ildə dünyada 1660 jurnalist qətlə yetirilib. Ölüm hadisələri əsasən İraq, Suriya və Əfqanıstanda baş verib.
“Bu gün də adıçəkilən hər üç ölkə jurnalistlər üçün təhlükəlidir. İraqda 300, Suriyada isə 280 jurnalist qətlə yetirilib. Jurnalistlər üçün təhlükəli ölkələr siyahısında Yəmən, Somali, Fələstin də var”, - hesabatda vurğulanıb.