“Rusiya xalqı Putin kimi liderlərin çılğın, qəbuledilməz həddi aşmasına görə məsuliyyət daşımır”
Rusiya vətəndaşlığını alan məşhur fransız aktyor Jerar Depardye Rusiya Prezidenti Vladimir Putinin Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlanılması qərarını pisləyib.
AYNA xarici mediaya istinadən bildirir ki, Depardye Putinin addımını “düşüncəsiz şəkildə həddini aşma” adlandırıb.
“Rusiya xalqı Vladimir Putin kimi liderlərin çılğın, qəbuledilməz həddi aşmasına görə məsuliyyət daşımır”, - deyə məşhur aktyor söyləyib.
Depardye həmçinin Parisdəki üç konsertindən əldə olunacaq gəliri bu faciəli qardaş qırğınının ukraynalı qurbanlarına köçürəcəyini bildirib.