İsveçrə oktyabrın ortalarından bəri pandemiyanın beşinci dalğasını yaşayır
İsveçrədə koronavirusa yoluxanların sutkalıq sayında rekord qeydə alınıb. AYNA-nın məlumatın görə, ölkənin Federal Səhiyyə İdarəsindən bildirilib ki, son 24 saat ərzində 19 032 yeni COVID xəstəsi müəyyən edilib.
Bununla da pandemiya zamanı yoluxanların ümumi sayı 1 313 415 nəfərə çatıb.
Əvvəlki rekord göstərici dekabrın 28-də qeydə alınıb. O zaman həkimlər gün ərzində 13 375 yoluxma halı aşkar ediblər.
Həmçinin, son 24 saat ərzində İsveçrədə 23 nəfər koronavirusdan ölüb ki, bununla da pandemiyanın başlamasından indiyədək ölkə üzrə COVID qurbanlarının ümumi sayı 11 861 nəfərə çatıb.
Qeyd edək ki, İsveçrə oktyabrın ortalarından bəri pandemiyanın beşinci dalğasını yaşayır. Artıq koronavirusun “Omikron” ştammı ölkədə dominant ştama çevrilib.