Maqdalena Andersson İsveç tarixində Baş nazir seçilən ilk qadın olub
Bu gün İsveçin Sosial Demokratlar Partiyasının yeni rəhbəri Maqdalena Andersson Krallıq tarixində ilk qadın Baş nazir seçilib.
AYNA xarici mediaya istinadən bildirir ki, İsveç Parlamentində baş tutan səsvermədə 349 deputatın 174-ü Maqdalena Anderssonun əleyhinə səs verib.
Onun lehinə səs verənlərin sayı ümumi deputatların yarısından çox olduğu üçün o, Baş nazir seçilib.
Qeyd edək ki, Baş nazir yeni hökumətin tərkibini noyabrın 26-da elan edəcək.