Polisi Stokholmda Quranın yandırılması aksiyasına icazə verib
İsveç polisi Quranın yandırılması aksiyasına icazə verib. AYNA xarici mediaya istinadən bildirir ki, aksiya cümə axşamı, avqustun 3-də Stokholmda baş tutacaq.
Adı açıqlanmayan qadın aksiyanın məqsədini Quranın bir çox insanın həyatına son qoyması ilə izah edərək müqəddəs kitabı yandırmaq niyyətində olduğunu bildirib.
“Ümid edirəm ki, bütün dünya bu sözləri eşidəcək, çünki dinin siyasət olduğunu qəbul etmək vacibdir”, - deyə qadın bildirib.
Eyni zamanda, o, özünü heç bir dinə aid etmək istəmədiyini, guya İncilin on əmrinə əməl etdiyini əlavə edib.
Qeyd edək ki, iyunun sonunda İsveç polisi müsəlmanların Qurban bayramının ilk günündə Stokholmun əsas məscidində Quranın yandırılması aksiyasına da icazə vermişdi.