İstanbulda 11 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb

Dünya

15.01.2025 - 07:43

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət işi açılıb, iki şübhəli şəxs saxlanılıb

İstanbulda son 24 saatda 11 nəfər saxta spirtli içki qəbul edərək ölüb. AYNA xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Zərərçəkənlərin xəstəxanaya çatdırıldığı, lakin onları xilas etmək mümkün olmadığı qeyd edilib.

Faktla bağlı cinayət işi açılıb, iki şübhəli şəxs saxlanılıb.

Xatırladaq ki, İstanbulda 2024-cü ildə 110 nəfərin saxta spirtli içkidən zəhərlənib, onlardan 48-nin öldüyünü bildirilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş