Azərbaycan və İsrail müdafiə nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Noyabrın 20-də İsrailin müdafiə naziri Benyamin Qans Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.
Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.
Benyamin Qans Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.