İsrail Suriyaya zərbə endirib

Dünya

14.05.2022 - 12:05

Zərbədən sonra kənddə yanğın başlayıb

Suriyanın mərkəzi hissəsindəki Masyaf şəhərinə raket hücumu olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb. İlkin məlumata görə, ölənlər arasında mülki vətəndaş da var. Raket hücumu ilə əlaqədar 7 nəfər yaralanıb. Zərbədən sonra kənddə yanğın başlayıb. Suriya mediası cümə günü baş verən hücumda İsraili günahlandırıb.

Qeyd edək ki, Suriya tez-tez İsraili öz ərazisinə hücumlarda ittiham edir.

İsrail Müdafiə Nazirliyi belə xəbərləri şərh etmir.

Müəllif: Ayna.az