İsrail HƏMAS-la girov danışıqlarında güzəştə hazırdır

Dünya

27.02.2024 - 13:26

Həkimlər Klinikalar SEO Xidməti

HƏMAS bu təklifə cavab verməyib, lakin hərəkatın Qəzza zolağındakı lideri Yəhya Sinvar bu təklifi qəbul edə bilər

İsrail Qəzza zolağında bəzi girovların azadlığı müqabilində terrorda təqsirli bilinən fələstinliləri azad etməyi düşündüyü üçün islamçı HƏMAS-la danışıqlarda güzəştə gedib. AYNA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr qeyd edib ki, Benyamin Netanyahu hökuməti əvvəllər belə bir güzəştdən yayınırdı: “Qismən ona görə ki, böyük terror hücumları ilə əlaqəsi olan fələstinliləri, hətta israilli girovlar müqabilində azad etmək onu ölkə daxilində ciddi tənqidlərə məruz qoya bilərdi”.

Bildirilir ki, HƏMAS bu təklifə cavab verməyib, lakin hərəkatın Qəzza zolağındakı lideri Yəhya Sinvar bu təklifi qəbul edə bilər.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden demişdi ki, martın 4-dək İsraillə HƏMAS arasında barışıq əldə oluna bilər. Prezident əlavə edib ki, Birləşmiş Ştatlar mümkün qədər tez razılaşma əldə etmək üçün lazım olan hər şeyi edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş